“Sumqayıt”ın futbolçusu bu mükafata namizəd oldu

“Sumqayıt”ın futbolçusu İsa Suliman “Asiya Futbol Mükafatları”nın ən yaxşı kişi futbolçu nominasiyası üzrə namizədlər arasında yer alıb.

Futbolpress.az xəbər verir ki, 25 sentyabr tarixində İngiltərənin “Uembli” stadionunda keçiriləcək tədbirdə futbolçumuzun rəqibləri Yan Dhanda (“Harts”) və Hamza Çodhuridir (“Lester Siti”).