“Sumqayıt”ın avrokubok oyununa baxmaq istəyənlər…

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində 25 iyul, saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Fehervar” qarşılaşmasının biletləri artıq satışdadır.

Futbolpress.az xəbər verir ki, biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, 20 iyuldan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz.

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır