“Sumqayıt”dan azarkeşlərinə jest

“Sumqayıt” Premyer Liqanın sonuncu – XXXVI turunda “Qəbələ”ni qəbul edəcək.
Futbolpress.az xəbər verir ki, “kimyaçılar” mövsümün sonuncu və çox vacib oyunu olduğunu nəzərə alaraq “Açıq qapı” elan edib.
Belə ki, bu tur çərçivəsində 25 may, saat 19:00-da keçiriləcək “Sumqayıt” – “Qəbələ” qarşılaşmasına giriş biletsiz olacaq.