“Sumqayıt”dan ayrılan qapıçı Premyer Liqa klubunun hədəfində

“Sumqayıt”dan ayrılan Orxan Sadıqlı karyerasına Premyer Liqada davam edə bilər.

FutbolPress“in əldə etdiyi məlumata görə, elitaya vəsiqə qazanan “Şamaxı” qolkiperlə maraqlanır. “Şirlər” daha bir neçəq qapıçı variantı üzərində düşünür. Digər namizədlərlə danışıqlar müsbət yekunlaşmazsa, diqqət Sadıqlıya çevriləcək.

Orxan Sadıqlı daha əvvəl “Keşlə” (indiki “Şamaxı”), “Zirə”, “Xəzər Lənkəran”, “Kəpəz” kimi klublarda forma geyinib. O, 2023-cü ilin yayından “Sumqayıt”da çıxış edirdi.

Şahin Cəfərov