“Sumqayıt”dan ayrılan Kasimir Ninqanın yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, 31 yaşlı hücumçu “Əl Tadamon” ilə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Forvardla razılaşmanın detalları açıqlanmayıb.
Ninqa 2023-cü ilin sentyabrından “Sumqayıt”da çıxış edirdi. O, Premyer Liqada 28 oyunda 7 qol vurub.