Sumqayıtda baş hakim dəyişikliyi

“Sumqayıt” – “Qarabağ” oyununun baş hakimi dəyişib.

Futbolpress.az xəbər verir ki, ikinci hissəsi davam edən matçı dördüncü hakim funskiyasını yerinə yetirən Kamran Əliyev idarə edəcək. Buna səbəb əsas referi Elçin Məsiyevin zədələnməsidir.

İkinci hissəsi davam edən matçda hesab açılmayıb.