Mövsümün əvvəlində Bolqarıstanın “ÇSKA 1948” klubundan “Sumqayıt”a icarə əsasında keçən 30 yaşlı yarımmüdafiəçinin müqavilə müddəti başa çatıb.
Futbolpress.az xəbər verir ki, “kimyaçılar” oyunçu ilə vidalaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oktavio Manteka ötən mövsüm 26 Premyer Liqa və 3 kubok qarşılaşması olmaqla ümumilikdə 29 matçda meydana çıxıb.