“Sumqayıt” və “Turan Tovuz”a texniki məğlubiyyət verildi

AFFA U-13 Qızlar Liqasında iki komandaya texniki məğlubiyyət verilib.

Futbolpress.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar verilib.

“Turan Tovuz” komandası “Kür”, “Sumqayıt” isə “Təhsil 8 İOEUGİM” ilə matça gəlməyib. Bu səbəbdən hər iki komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.