“Sumqayıt” – “Turan Tovuz” oyunu 2 manata

Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində 20 oktyabr, saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək “Sumqayıt” – “Turan Tovuz” qarşılaşmasının biletləri artıq satışdadır.

Futbolpress.az xəbər verir ki, biletləri “iTicket.az” saytından, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, oyundan 1 gün öncə saat 14:00-19:00 arası, oyun günü isə 12:00-dan etibarən Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz.

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.