“Sumqayıt” transferi açıqladı

“Zirə”dən ayrılan Rəhim Sadıxovun yeni klubu məlum olub.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Sumqayıt”la razılaşıb. Bu barədə “kimyaçılar”ın mətbuat xidməti məlumat yayıb. Sadıxovla müqavilənin detalları açıqlanmayıb.

Rəhim “Zirə”dən əvvəl 2019-2022-ci illərdə “Sumqayıt”da forma geyinib.