Bu gün Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.
Futbolpress.az xəbər verir ki, günün və turun son matçında “Sabah” “Zirə”ni qəbul edib. İlk hissəsi qolsuz başa çatan matçın ikinci yarısında iki qol qeydə alınıb. 50-ci dəqiqədə Rafael Utzig penaltidən hesabı açıb. İki dəqiqə sonra isə Salifu Suma 2-ci qolu ev sahiblərinin qapısından keçirib.
Azərbaycan Premyer Liqası
II tur
11 avqust
Sabah – Zirə 0:2
Qollar: Rafael Utzig, 50 (pen), Salifu Suma,52
Baş hakim: Əliyar Ağayev
“Bank Respublika Arena”