“Sumqayıt” Super Liqa klubu ilə heç-heçəyə razılaşdı

2024/25 mövsümü üçün hazırlıqlarını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” bu gün qardaş ölkədə son yoxlama oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, Samir Abasovun yetirmələri Türkiyə Super Liqası təmsilçisi “Adana Demirspor” ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. “Kimyaçılar”ın heyətində yeni transferlər – Nikola Vuynoviç və Rəhim Sadıxov fərqləniblər.

“Sumqayıt” Türkiyədəki birinci yoxlama oyununda Rusiyanın “Orenburq” komandasına uduzub – 1:2.