“Sumqayıt” sabiq oyunçusunu qaytarır

“Zirə”dən ayrılan Rəhim Sadıxov karyerasını “Sumqayıt”da davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, “kimyaçılar” yarımmüdafiəçinin keçidinin anonsunu verib. Klub feysbuk hesabında sabiq oyunçusunun komandada vurduğu qolları paylaşıb.

Rəhim 2019-2022-ci illərdə “Sumqayıt”da forma geyinib.