“Sumqayıt” qapıçısı ilə vidalaşdı

“Sumqayıt”ın qapıçısı Orxan Sadıqlı komandasından ayrılıb.

Futbolpress.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib.

Sadıqlı 2023-cü ildən “Sumqayıt”da çıxış edir. Onun komanda ilə müqaviləsi 2025-ci ilin yayına qədər idi.