“Sumqayıt” onu göndərdi

Abu Dosso ilə “Sumqayıt” klubu arasında imzalanmış müqavilənin müddəti başa çatıb.
Futbolpress.az xəbər verir ki, Fil Dişi Sahilindən olan futbolçu ilə yollar ayrılıb.
Qeyd edək ki, Abu Dosso ötən mövsümün əvvəlindən “kimyaçılar”ın uğurları üçün çalışırdı. Bu müddət ərzində 29-u Premyer Liqa və 3-ü kubok matçında olmaqla ümumilikdə 32 oyunda meydanda olub. 28 yaşlı cinah oyunçusu bu qarşılaşmalarda 5 məhsuldar ötürmə ilə yadda qalıb.