“Sumqayıt” ilk mərhələni başa vurdu

“Sumqayıt” bu gün dəniz kənarında keçirdiyi məşqlə yeni mövsümün hazırlıqlarının ilk mərhələsini başa vurub.

Futbolpress.az xəbər verir ki, “kimyaçılar” 1 günlük istirahətin ardından iyulun 3-ü axşam saatlarında təlim-məşq toplanışı üçün Türkiyənin Ankara şəhərinə yollanacaq.

“Sumqayıt” Konfrans Liqasında II təsnifat mərhələsində iyulun 25-i “Fehervar”ı qəbul edəcək. Cavab görüşü bir həftə sonra Macarıstanda olacaq.