“Sumqayıt” haqda çox şey bilmirik, amma…” – macar müdafiəçi

“Sumqayıt” Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstanın “Fehervar” komandası ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, macarların müdafiəçisi Gergeni Bens püşklə bağlı fikirlərini bölüşüb:

“Sumqayıt” haqda çox şey bilmirik, amma heyətdə çoxlu legionerləri var. Düşünürəm ki, ən böyük səhvimiz rəqibi düzgün qiymətləndirməmək olab. Peşəkar məşqçilər heyətimiz var və baş məşqçimiz Tamaş Peto da rəqibi təhlil edib, məlumat verəcəklər. Püşklə bağlı ilk təəssüratlarımız müsbətdir”.

“Sumqayıt” ilk oyunu iyulun 25-də evdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Macarıstanda baş tutacaq.