“Fehervar”ın baş məşqçisi Tamaş Peto Konfrans Liqasının II təsnifat mərhələsində “Sumqayıt”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan mütəxəssis bunları deyib:
“Bizi uzun və çətin seriya gözləyir. Qarşıda 10 gün ərzində 4 oyunumuz olacaq. İlki isə Azərbaycanda keçiriləcək. “Sumqayıt” fiziki cəhətdən yaxşı komandadır, amma onlarla mübarizə aparacağıq”.
Sabah keçiriləcək “Sumqayıt” – “Fehervar” oyununa saat 20:00-da start veriləcək.