“Sumqayıt” “Fehervar”a məğlub oldu

“Sumqayıt” Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv “Fehervar”la qarşılaşıb. Görüş Macarıstan təmsilçisinin qələbəsiylə başa çatıb – 2:1.

Komandalar arasındakı cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun

20:00 Sumqayıt – Fehervar (Macarıstan) 1:2
Qollar: Səbuhi Abdullazadə, 20 – Kristensen, 39, Spandler, 52
Qırmızı vərəqə: Murad Xaçayev, 33 (Sumqayıt)