“Sumqayıt” – “Fehervar”: neçə bilet satılıb?

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Fehervar” matçına hazırkı göstəriciyə əsasən 8000 bilet satılıb.

Futbolpress.az xəbər verir ki, oyunun startına qədər bütün biletlərin satılacağı ehtimalını və yarana biləcək sıxlığı nəzərə alaraq arenanın giriş qapıları saat 18:00-da açılacaq. Həm kassa istiqamətindən, həm də “Bakı” restoranı istiqamətindən girişlər açıq olacaq.

Matç saat 20:00-da start götürəcək.