“Sumqayıt” braziliyalı ilə müqavilə imzaladı

2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Futbolpress.az xəbər verir ki, “kimyaçılar” braziliyalı futbolçu Alan Diasla 1+2 illik müqavilə imzalayıb. 25 yaşlı müdafiəçi komandada 5 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” daha əvvəl Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın və Silvanus Nimelinin keçidini reallaşdırıb.