“Sumqayıt” Azərbaycan Premyer Liqasının XVI turunda “Neftçi”ni qəbul edir.
“FutbolPress“in məlumatına görə, “kimyaçılar”ın azarkeşləri qonaq komandanın baş məşqçisi Samir Abasov əleyhinə şüarlar səsləndirib. Fanatlar mütəxəssislə bağlı “Pula satılan Samir Abasov” şüarları söyləyiblər.
İlk hissəsi davam edən oyunda “Sumqayıt” öndədir – 1:0.
Samir Abasov oktyabrda “Sumqayıt”dan ayrılıb və “Neftçi”yə baş məşqçi təyin edilib.