“Sumqayıt” avrokubok oyununu “Mehdi Hüseynzadə”də keçirəcək (ÖZƏL)

“Sumqayıt” Konfrans Liqasının II təsnifat mərhələsində Macarıstanın “Fehervard” komandası ilə qarşılaşacaq. “Kimyaçılar” ilk oyunu evdə keçirəcək.

Daha əvvəl “Sumqayıt”ın avrokuboklarda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edə bilməyəcəyi yönündə xəbərlər dolaşırdı. “FutbolPress“in əldə etdiyi məlumata görə, “kimyaçılar”da işlər sürətləndirilib və komanda böyük ehtimalla “Fehervar”ı məhz bu arenada – “Mehdi Hüseynzadə”də qəbul edəcək.

“Fehervar”la “Sumqayıt” arasında ilk oyun iyulun 25-də, cavab görüşü isə avqustun 1-də olacaq.

Şahin Cəfərov