“Sumqayıt” Abasovla rekordunu təkrarladı

“Sumqayıt” geridə qalan mövsümdə tarixi ərzində ən çox xalı toplayıb.
Futbolpress.az xəbər verir ki, Samir Abasovun yetirmələri 57 xal qazanmaqla bu göstəriciyə nail olub.
“Kimyaçılar” keçirdiyi 36 qarşılaşmanı 15 qələbə, 12 heç-heçə və 9 məğlubiyyətlə başa vurub.
Qeyd edək ki, “Sumqayıt” bundan öncə ən çox xalı da məhz Samir Abasovun rəhbərliyi altında 2017/2018 mövsümünün yekununda toplamışdı – 40 xal.
Sözügedən mövsümdə Azərbaycan Premyer Liqasında 8 komanda mübarizə aparırdı və ümumilikdə 28 tur oynanılmışdı