Suares: “Flikin “Barselona”sını sevirəm”

“İnter Mayami”nin ulduzu Luis Suares “Barselona” və onun oyunçuları haqqında xoş sözlər deyib.

Futbolpress.az xəbər verir ki, uruqvaylı forvard “katalanlar”ın çalışdırıcısı Hans Diter-Flikin işini yüksək qiymətləndirib:

“Flikin “Barselona”sını sevirəm. Ən yüksək səviyyədə çox effektiv işləyir. Əsas rolları oynayan iki futbolçu var – Pedri və Lamin Yamal. Rafinya və Levandovski də yaxşıdır, lakin bu ikisinin səviyyəsi qeyri-adidir”.

Suares əlavə edib ki, 5 il əvvəl Kataloniya yığmasından ayrılmaq onun üçün çox çətin olub, lakin komandaya qarşı kin saxlamayıb.

“Barselona”da keçirdiyi 6 ildə uruqvaylı 283 oyun keçirib, 198 qol vurub və 13 çempionluq yaşayıb.