Stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində etimadı doğrultmaqdadırlar.
Futbolpress.az xəbər verir ki, U 15 kateqoriyasında yarışan idmançılar bu gün qarışıq-qoşa mübarizəsində finaladək irəliləyərək minimum gümüş mükafatı təmin ediblər. Quluzadə – Məmmədli tandemi sabah keçiriləcək həlledici qarşılaşmada Türkiyə təmsilçiləri ilə üz-üzə gələcək.
Xatırladaq ki, Onur Quluzadə ilə Yağmur Məmmədli yanvar ayında Dohada keçirilən “WTT Youth Star Contender” yarışının qarışıq-qoşa mübarizəsində bürünc mükafata layiq görülmüşdü.