Sterlinq komandadan ayrı düşdü

“Çelsi”nin hücumçusu Rahim Sterlinq fərdi məşqlər keçir.

Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. İngilis vingerin hansısa zədəsi olmamasına baxmayaraq, o, məşqçilər korpusunun qərarı ilə komandadan ayrı məşq edir.

Sterlinq dünən “Mançester Siti”yə qarşı keçirilən Premyer Liqa matçında (0:2) da iştirak etməyib.