Sterlinq “Çelsi”dən ayrıla bilər – “elçi”si var

“Çelsi”nin futbolçusu Rahim Sterlinq karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Yuventus” ingilis vingerin xidmətində maraqlıdır. Bu barədə Canluka Di Marzio məlumat yayıb.

Sterlinq “Çelsi”dən ayrılmağa müsbət yanaşır. O, ötən mövsüm “zadəganlar”da 43 oyunda 10 qol vurub, 8 məhsuldar ötürmə edib.