Stadnik: “Başqa bir tarix yazmağın vaxtıdır”

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında güləşdə 50 kq çəki dərəcəsində medalsız qalan Mariya Stadnik instaqram hesabında paylaşım edib.

Futbolpress.az xəbər verir ki, o, postunda bunları yazıb:

“Mənim idman tarixim artıq yazılıb, 4 olimpiya medalı. İnsan planlaşdırır, amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir .

17 il ərzində böyük qürurla Azərbaycanın adını təmsil etdim, bu yolda məni dəstəkləyən və mənimlə olan hər kəsə təşəkkür edirəm.

İndi isə başqa bir tarix yazmağın vaxtıdır”.

Stadnik karyerası ərzində 2 dəfə dünya, 10 dəfə Avropa çempionu olub. O, 4 Olimpiya Oyunlarında isə iki gümüş, iki bürünc medal qazanıb.