Stadnikə federasiyada vəzifə verildi

Karyerasını başa vuran Mariya Stadnik bundan sonra Azərbaycan Güləş Federasiyasında funksioner kimi fəaliyyət göstərəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb. O, zəngin təcrübəsini Azərbaycan qadın güləşinin inkişafı yolunda istifadə edəcək.

Mariya Stadnik qadın güləşi üzrə koordinator vəzifəsinə təyin edilib.