Portuqaliyanın “Sportinq” klubunun yeni baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, komandanın sükanı Rui Borjeşə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.
Borjes buna qədər “Vitoriya”ya rəhbərlik edib. O, “Sportinq”də istefaya göndərilən Joao Pereyranı əvəzləyib.
“Sportinq” çempionatda 15 turdan sonra 37 xalla 2-ci sıradadır.