“Sportinq”dən İngiltərə klubuna

“Sauthmepton” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Portuqaliya təmsilçisi “Sportinq”dən Mateuş Fernandeşi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Sauthempton” 20 yaşlı futbolçu üçün 15 milyon avro ödəyəcək.

Mateuş Portuqaliyanın U-21 komandasının da üzvüdür.