“Sportinq”də Pereyra dönəmi çox çəkmədi

Portuqaliyanın “Sportinq” klubunda baş məşqçi Joao Pereyra ilə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssisin müqaviləsinə xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Pereyra komandanın uğursuz çıxışına görə istefaya göndərilib.

O, ötən ay komandaya baş məşqçi təyin edilmişdi.

“Sportinq” çempionatda 15 turdan sonra 37 xalla ikinci sıradadır.