“Sportinq” – Portuqaliya çempionu

Portuqaliya çempionatında 2023/2024 mövsümünün çempionu məlum olub.

Futbolpress.az xəbər verir ki, 32-ci turda “Benfika”nın “Famalikan”a uduzmasından sonra “Sportinq” qızıl medalları təmin edib. Lissabon təmsilçisi 84 xalla liderdir və sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.

“Sportinq” tarixində 20-ci dəfə Portuqaliya çempionu olub.