“Spartak”ın futbolçusu “Barselona”ya keçə bilər

Moskva “Spartak”ının futbolçusu Teo Bonqonda karyerasını “Barselona”da davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə konqolu jurnalist Persi Massamba məlumat yayıb. Xəbərdə Kataloniya klubunun 28 yaşlı vingeri icarəyə götürmək istədiyi bildirilib.

Bonqonda “Spartak”da 35 oyuna 8 qol vurub. Onun “transfermarkt”da dəyəri 5 milyon avrodur.