“Sözləşmə təklif etdilər, ancaq şərtlərdə razılığa gələ bilmədik” – yeni transfer

“Səbail”in yeni transferi Vüsal Məsimov açıqlama verib.

FutbolPress“ə danışan müdafiəçi “dənizçilər”ə keçidi haqda fikirlərini bölüşdü:

“Kəpəz”lə müqaviləm başa çatmışdı. Mənə yeni sözləşmə təklif etdilər, ancaq şərtlərdə razılığa gələ bilmədik. Başqa təkliflərim də var idi. Düşündüm və “Səbail”ə keçməyə qərar verdim”.

Məsimov ötən mövsüm “Kəpəz”in heyətində 27 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.