Müqaviləsi yeniləndi

“Yuventus” müdafiəçisi Nikkolo Rizzo ilə müqaviləni uzadıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yeni sözləşmənin müddəti 2028-ci ilin yayına qədərdir.

17 yaşlı futbolçu Turin təmsilçisinin gənclər komandasında (U-20) çıxış edir.