Azərbaycan Premyer Liqasının XXXVI turunun “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– “Qarabağ”ı və digər klubları avrokuboklara vəsiqə qazanmaq münasibətilə təbrik edirəm. Düşnürəm ki, azarkeşlər üçün maraqlı oyun oldu. Qalib gələ və məğlub ola bilərdik. Komandamı təbrik edirəm. Qarşıdakı günlərdə rəhbərliklə danışıq olacaq və bundan sonra planlar qurulacaq.
– “Qarabağ”dan alınan xalı sizə qarşı olan fikirlərə cavab saymaq olar?
– “Qəbələ”də olanda da belə təzyiqlər olub. Rəhbərliklə 2 ay müqavilə bağlayıb komandanı tanımaq istədim. Rəhbərlik 1 illik müqavilə təklif etdi, mən qəbul etmədim. Mətbuat məni göndərmək istəyir, amma qərarı sonda rəhbərlik verəcək.
– 2 aydır buradasınız. İndi komamdaya nə lazımdır?
– Daha iddialı komanda qurmaq istəyirəm. Mənim də tələblərim olacaq. Burada da söz sahibi olmaq istəyirəm. Ümid edirəm təkliflərim klub üçün maraqlı olacaq.
– “Qəbələ”nin I Liqaya düşməsinə məyus oldunuz?
– Çox məyus oldum. Ötən il futbolçular gedəndə də məyus olmuşdum. Onları saxlamaq lazım idi. “Qəbələ” köklü klubudur. İnanıram ki, qaydacaqlar.
– Sizcə komamdanızda nə çatmır?
– Ehtiyat qüvvə yox idi. Bəzən cəzalı və zədəli futbolçuların olması bizə mane olurdu. Kompleksləşdirilmiş heyət olmalıdır.
Məlik Məlikov