Şotlandiyaya gedə bilər

İngiltərənin “Arsenal” klubunun futbolçusu Kiran Tirni karyerasını Şotlandiya təmsilçisi “Seltik”də davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, daha əvvəl bir neçə Premyer Liqa klubunu çalışdırmış “ağ-yaşıllar”ın hazırkı baş məşqçisi Brendan Rocers 27 yaşlı müdafiəçini transfer etməkdə israrlıdır.
Oyunçu özü də ölkəsinə qayıtmağa maraq göstərir.

Qeyd edək ki, Kiran Tirni cari mövsüm 1 dəfə İngiltərə Kubokunun oyununda meydana çıxıb. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.