“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqada “Barselona”ya uduzduqları görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:4 hesabıyla başa çatan matçla bağlı bunları deyib:
“Düşünürəm ki, oyun bərabər keçdi. Şanslarımız var idi, xüsusilə, ilk hissədə qollar vurmaq imkanımız oldu, lakin alınmadı. Daha sonra müdafiədə risklər etdik və onlar əks-hücumda çoxlu şanslar yaratdılar.
Birinci hissədəki oyunumuzu bəyəndim. Məyus olduğumuz aydındır. Azarkeşlərə təşəkkür edirəm ki, sona qədər bizi dəstəklədilər. Oyunun 60 dəqiqəsini yaxşı oynadıq. Son yarım saatı unutmalıyıq”.