Son oyunda beş qol

İtaliya A Seriyasında 2023/2024 mövsümünün son oyunu keçirilib.

Futbolpress.az xəbər verir ki, çempionatın XXIX turundan təxirə salınmış matçda “Atalanta” və “Fiorentina” komandaları üz-üzə gəlib. 5 qolun vurulduğu görüşdə “bənövşəyilər” qələbə qazanıb.

“Atalanta” mövsümü dördüncü, “Fiorentina” isə səkkizinci bitirib.

İtaliya A Seriyası
XXIX turdan təxirə salınmış oyun

2 iyun

Atalanta – Fiorentina 2:3
Qollar: A.Lukman, 12, C.Skalvini, 32 – A.Belotti, 6, 45+1, N.Qonsales, 19