“Tottenhem” futbolçusu Son Hın Min ilə müqaviləni uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. London təmsilçisi asiyalı hücumçunun sözləşməsini 2026-cı ilin yayına kimi artırıb.
Sonun adı daha əvvəl “Barselona” ilə hallanırdı. O, bu mövsüm 23 oyunda 7 qol vurub, 6 məhsuldar ötürmə edib.