“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqada “Tottenhem”ə uduzduqları oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:4 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Müdafiədə zəif oynayırıq. Matça yaxşı başlasaq da, qol vura bilmədik və rəqib fərqləndi. Son 8 ildə bu vəziyyətə düşməmişdik. Bunun öhdəsindən gəlməli və növbəti oyunlarda durumu düzəltməliyik”.
“Mançester Siti” bütün turnirlər daxil olmaqla, ardıcıl 5 oyundur, uduzur.