Danimarka millisinin sabiq qapışısı Kasper Şmeyxel karyerasını Şotlandiyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, 37 yaşlı qolkiper “Seltik”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qapıçı ilə 1 illik müqavilə imzalanıb.
Şmeyxelin son klubu “Anderlext” olub. O, daha əvvəl “Lester” və “Nitsa”da forma geyinib.