Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Super Liqa təmsilçisi “Olimpiakos”dan İvan Brniçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı vinger ilə 3,5 illik müqavilə imzalanıb.
Brniç mövsümün birinci yarısını Sloveniyada “Çelye”də keçirib. O, Serbiya çempionatında 16 oyunda 5 qol vurub.