Slovakiya – Azərbaycan oyununun stadionu bilindi

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi daha bir oyunun yeri müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, yığma sentyabrın 8-də II tur çərçivəsində Slovakiya yığması ilə səfər görüşünü Koşitse şəhərində yerləşən Koşitse Futbol Arenasında keçirəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.