Slovakiya – Azərbaycan: hakimlər bilindi

Azərbaycan milli komandasının sentyabrın 8-də Slovakiya yığması ilə Koşitsedə keçirəcəyi UEFA Milətlər Liqasının I tur oyununun hakim təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, Koşitse Futbol Arenasında təşkil olunacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək:

8 sentyabr

Slovakiya – Azərbaycan

Koşitse Futbol Arenası. Saat 20:00

Baş hakim: Damian Silvestrak

Baş hakimin köməkçiləri: Pavel Sokolniçki, Adam Karaseviç

Dördüncü hakim: Marcin Koxanek

(Hakimlər briqadası Polşadandır)