Slot: “Güclənməyimizin iki səbəbi var”

“Liverpul”un baş məşqçisi Arne Slot açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis komandanın uğurlu çıxışı haqda fikirlərini bölüşüb:

“Güclənməyimizin iki səbəbi var. Birinci tez-tez birlikdə oynayırsınız və sizdən gözləntiləri başa düşürsünüz. Digəri isə çox oyunun komandaların bir-birinə uyğunlaşmasına kömək etməsidir. Bəzi insanlar düşünür ki, çox oyun yorğunluq gətirir. Amma nə qədər çox oynasan, bir o qədər güclənərsən”.

“Liverpul” Premyer Liqada 23 turdan sonra 56 xalla birinci sıradadır.