Slot “Çelsi” ilə oyundan danışdı: “Mövsümün ən çətin oyunu oldu”

“Liverpul”un baş məşqçisi Arne Slot Premyer Liqada “Çelsi”ni məğlub etdikləri görüşü şərh edib.

Futbolpress.az BBC-yə istinadən xəbər verir ki, mütəxəssis 2:1 hesabıyla bitən oyunla bağlı bunları deyib:

“Mövsümün ən çətin oyunu oldu. Qələbə qazanmaq üçün çox əziyyət çəkməli oldu. Fasiləyə qədər hesabı 2:0 edə bilərdik, amma olmadı. İkinci hissədə rəqibin qoluna tez reaksiya verdik və qələbə qolunu vurduq.

Qarşılaşdığınız komanda nə qədər güclü olursa, bir o qədər xarakterə ehtiyacınız olur. Premyer Liqada yaxşı komandalar var. Qələbə üçün mütləq mübarizə aparmalısan”.

“Liverpul” 8 turdan sonra 21 xalla liderdir.