Şkrinyara daha bir “elçi”

PSJ-dən ayrılacağı gözlənilən Milan Şkrinyar karyerasını Almaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Borussiya” slovakiyalı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Dortmund təmsilçisi müdafiəni gücləndirmək üçün Şkrinyarı heyətinə qatmaq istəyir.

Daha əvvəl “Qalatasaray”ın Milan ilə maraqlandığı bildirilib.

PSJ ilə müqaviləsi 2028-ci ilin yayına kimi olan müdafiəçi bu mövsüm cəmi 5 oyuna çıxıb.